AZ

Outletdə hansı məhsullar satılır?

Outletlərin sayı ölkəmizdə artmaqdadır. Son vaxtlar bu sözü tez-tez eşidirik. Çox adamda sual yaranır ki, bu məhsulların qiyməti bu qədər endirimdədirsə, səbəbi nədir? Xüsusilə elektronika sektorunda outlet mağazaları ilə bağlı insanlarda narahatlıq yarana bilir. Bəs maraqlıdır, elektronika mağazaları outletlərdə hansı tip məhsulları endirimlə satışa çıxarırlar?

Yeni, amma stokda qalmış məhsullar

Bunlar tam işləkdir, sadəcə köhnə kolleksiyadan və ya qutusu açılmış mallardır. Problem riski yoxdur. 

Vitrin məhsulları

Mağazada nümayiş üçün qoyulub, müştərilər toxunub, düymələrdən istifadə edib. Texniki problem riski azdır, amma kosmetik cızıq və ya yüngül aşınmalar ola bilər. Almazdan əvvəl işləyib‑işləmədiyini yoxlamaq lazımdır.

Təmir edilmiş və ya “defektli” mallar

Bunlar əvvəlcə texniki qüsura görə geri qaytarılıb, sonra təmir edilərək satışa çıxarılıb. Alış edən zaman bu riski də gözə almaq lazımdır.

Nə etməli?

Məhsulun zəmanət sənədini tələb et – əgər zəmanət varsa, problem çıxsa, zəmanət köməyinizə gəlir.

Mağazada texniki yoxlama elə – açılıb, işlədilibmi, batareya vəziyyəti, ekran, portlar və s. Kassa çeki al, problem yaransa, lazım ola bilər.

Leyli
 

Seçilən
0
2
valyuta.az

3Mənbələr