AZ

Pakistanda silahlı şəxslər 9 nəfəri qaçıraraq öldürüblər

Silahlı şəxslər Pakistanın Bəlucistan əyalətində avtobusun doqquz sərnişinini öldürüblər.

Bu barədə "Report" "Arab News"a istinadən xəbər verir.

Bildirilib ki, hadisə Zhob rayonunda baş verib. Cinayətkarlar iki sərnişin avtobusunu saxlayıb, doqquz nəfəri qaçırıblar. Daha sonra onların meyitləri dağlarda aşkar edilib.

Bəlucistan hökumətinin rəsmi nümayəndəsi Şahid Rindin sözlərinə görə, təhlükəsizlik qüvvələri hadisəyə operativ reaksiya veriblər, lakin hücum edənlər qaranlıqdan istifadə edərək qaça biliblər. Bölgədə genişmiqyaslı axtarış əməliyyatı aparılır.

Seçilən
29
7
report.az

8Mənbələr