AZ

Elektrikli avtomobillər ekoloji olaraq nə qədər təmizdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Tesla və Çin markalarından sonra dünyada elektrikli avtomobillərə tələbat hər gün artır. 

Banco.az xəbər verir ki, Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şuranın (ICCT) məlumatına görə, bu gün Avropada satılan elektrikli avtomobillər hətta akkumulyator istehsalı nəzərə alındıqda belə, benzinlə işləyən avtomobillərdən 73 faiz az istixana qazı emissiyası yaradır.

2021-ci ildə aparılan araşdırmada bu göstərici 59% olaraq açıqlanıb. Dörd il ərzində əhəmiyyətli irəliləyiş əldə olunsa da, bunun daha da artacağı hesab edilir. Elektrikli avtomobillərdə bu tendensiya yaxşılaşmağa davam edilir. Hibrid və plug-in hibrid modellərdə çox az irəliləyiş olduğu qeyd edilib.

Elektrikli avtomobillər Avropanın emissiyalarla bağlı son illərdəki sərt mövqeyinin həlli kimi görünür. Çirklənmənin demək olar ki, 75 faizi daxili yanma ilə işləyən avtomobillərdən qaynaqlanır. Elektriklə işləyən avtomobillərlə isə bu problem xeyli azalır.

Avropada enerji istehsalının mənbəyi də bərpa olunan enerji mənbələrinə doğru dəyişir. Hasilat 2020-ci ildə 38 faiz təşkil edirdi. Avropanın elektrik enerjisinin yarıdan çoxunun bərpa olunan enerjidən əldə edilməklə, bu nisbətin 2025-ci ilə qədər 56 faizə yüksələcəyi təxmin edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
23
banco.az

1Mənbələr