Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,62 ABŞ dolları və ya 2,13% azalaraq 74,4 dollar/barel təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,65 dollar və ya 2,2%ucuzlaşaraq 73,18 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,83 dollar və ya 3,05% azalaraq, 58,04 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 dollar və ya 2,69%azalaraq 70,59 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.