BAKI, 10 iyul. TELEQRAF
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.62 ABŞ dolları və ya 2.13% ucuzlaşaraq 74.40 ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.