AZ

Ukraynanın xalı artdı, Azərbaycanın mövqeyi dəyişmədi

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Çelye”yə uduzmasından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın məğlubiyyəti ölkəyə xal qazandırmayıb. Azərbaycan 17,125 xalla 29-cu pillədə qərarlaşıb.

28-ci pillədəki Ukraynanın 17,850 xalı var. Bu ölkəni təmsil edən “Şaxtyor” dünən Avropa Liqasında “İlves”ə qalib gəlib (6:0) və 0,250 xal qazandırıb. 30-cu pillədəki Bolqarıstan isə “Ludoqorets”in Çempionlar Liqasında qələbəsi, “Levski”nin isə Avropa Liqasındakı heç-heçəsi ilə 0,375 xal toplayıb və xallarını 16,250-yə çatdırıb.

Reytinq siyahısına 90,839 xalla İngiltərə başçılıq edir.

Seçilən
17
futbolpress.az

1Mənbələr