AZ

PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır


PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayır. Türkiyə mediasının yazdığına görə, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çının silahlarını təhvil verəcəyi məqama yönəlib. Terrorçuların rəhbəri Abdullah Öcalan daha əvvəl həm səsli, həm də vizual olaraq ekranlara çıxıb. O, videomüraciətində tərksilah mərhələsi üçün lazımi mexanizmlərin yaradılmasına çağırıb.
Tarixi addım cümə günü Süleymaniyyədə gizli yerdə atılacaq. 20-30 nəfərlik PKK-çı qrup silahları ilə gəldikləri bölgəni silahsız tərk edəcəklər. Qrupla birlikdə PKK/KCK-nin rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar.

Mətləb

Seçilən
31
baki-xeber.com

1Mənbələr