AZ

Rəsmi Vaşinqtondan İlham Əliyevlə Paşinyanın görüşünə reaksiya: "...nə lazımdırsa, ediləcək"

"Biz, yəni, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması səylərini dəstəkləyirik".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce brifinqdə Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan və Ermənistan liderlərinin sülh üçün  keçirdiyi görüşə münasibətdə deyib.

Sözçü bildirib ki, ABŞ Cənubi Qafqazda  hər zaman sülhə dəsətk verib: "ABŞ Cənubi Qafqazda sülh və sabitliyi həmişə təşviq edib və byu yöndəki səyləri dəstəkləyib. Hazıra biz bu istiqamətdə mətbuatda gedən xəbərləri diqqətlə izləyirik. Tramp administrasiyası və dövlət katibi Rubio kabinet iclasında bu məsələyə yanaşmalarını açıq şəkildə ortaya qoyub. Bu, sülh üçün çalışan bir administrasiyadır və bununla bağlı nə lazımdırsa, ediləcək".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
5
1
mia.az

2Mənbələr