AZ

“Bitcoin”dən tarixi rekord

Dünyanın ən populyar kriptovalyutası olan “Bitcoin”, bu gün 116 min dollar həddini aşaraq bütün zamanların ən yüksək göstəricisinə çatıb. 2025-ci il ərzindəki güclü artım trendi nəticəsində “Bitcoin”in dəyəri bir il ərzində iki dəfədən çox artıb.

Yüksəlişin əsas səbəbləri arasında qlobal miqyasda gözlənilən faiz endirimləri, zəifləyən ABŞ dolları və Vaşinqtonda kriptovalyutalara yönələn müsbət siyasi dəyişikliklər yer alır.

ABŞ Prezidenti Donald Tramp, “Truth Social” platformasında yaydığı açıqlamada bazarların “tavan vurduğunu” bildirib və bu yüksəlişi öz tarif siyasəti ilə əlaqələndirib. O, eyni zamanda ABŞ Mərkəzi Bankını faiz dərəcələrini dərhal endirməyə çağırıb.

“Coinglass” məlumatlarına görə, son 24 saat ərzində 416 milyon dollardan çox “short” (enmə yönümlü) mövqe bağlanıb. Bu cür mövqelərin sıxılması, qiymətlərin sürətlə yüksəlməsinə səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.

Seçilən
8
vaxt.az

1Mənbələr