Bu ilin sentyabr ayında Dubaydakı Bürc Xəlifə göydələninin yanında menyusu süni intellekt tərəfindən yaradılacaq restoran açılacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"WooHoo" adlandırılan iaşə obyekti özünü "gələcəyin restoranı" kimi təqdim edir. Hələlik orada yeməklər insanlar tərəfindən hazırlanacaq, lakin atmosfer, xidmət və menyu daxil olmaqla, hər şey "Chef Aiman" dil modeli ilə formalaşdırılacaq.