AZ

Messi bu göstərici ilə MLS in tarixinə düşdü

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Klublararası Dünya Çempionatında 1/8 finala qədər irəliləməyi bacaran ''İnter Mayami'' MLS-də növbəti oyununu keçirib. Komanda bu dəfə səfərdə ''Nyu İnqlend Revolyuşn'' ilə qarşılaşıb.Lionel Messi son oyunlarda olduğu kimi yenə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Argentinalı superulduz hələ ilk yarıda dubl edib və ''İnter Mayami'' onun qolları sayəsində 2:1 hesablı qələbə qazanıb. 38 yaşlı futbolçu ardıcıl 4-cü çempionat oyununda dubl etməklə adını turnirin tarixinə yazdırdı. Belə ki, buna qədər MLS-də ardıcıl 4 oyunda dubl edən futbolçu olmamışdı. Bundan öncə Messi bunu iki dəfə ''Monreal'' (4:2, 4:1), eləcə də ''Kolambus'' (5:1) ilə oyunlarda bacarmışdı. Ümumilikdə onun MLS-də qol vurmaq seriyası 5 oyuna yüksəldi. Messi həm də qollarının sayını 14-ə çatdırmaqla bombardirlər yarışında 2-ci pilləyə yüksəldi. Bu mövsüm MLS-də keçirdiyi 15 oyunda onun aktivində 14 qol, 6 məhsuldar ötürmə var. Bombardirlər yarışına 16 qolla ''Neşvill''in forvardı Sem Serric başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
icma.az

2Mənbələr