Ajans.az xəbər verir ki, Moskvanın Lefortovo Məhkəməsinin istintaqdan S.Q. inisiallı şəxsin vətənə xəyanət ittihamı ilə həbs edilməsi barədə vəsatət aldığı barədə məlumat yayılıb. BBC Rus Xidmətinin assosiasiyaya yaxın mənbəsi bu inisialın həqiqətən də REKA rəhbərinə aid olduğunu bildirib. İş iyulun 10-da qeydiyyata alınıb. Həmin gün ilk məhkəmə iclası qapalı keçirilib.

BBC-nin mənbəsinin sözlərinə görə, dövlətə xəyanət işi narkotik alveri cəhdi ilə bağlı aparılan axtarışdan sonra açıla bilərdi. Mayın sonunda Moskvanın Tverskoy Məhkəməsi xüsusilə böyük miqyasda narkotik alveri ilə bağlı iş üzrə S.Qrebennikova hökm çıxarıb.