Bakı. Trend:
Fransanın cənub-şərqindəki Sen-Trope limanında Malta bayraqlı“Sea Lady II” superyaxtası yanıb.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse"agentliyi yanğın xidmətindəki mənbələrə bildirib.
Məlumata əsasən, 10 iyul saat 20:15 radələrində dayanan yaxtadanaməlum səbəbdən yanğın baş verib. Yanğınsöndürənlər gəmiyə daxilola bilmədiklərindən yanğını söndürməkdə çətinlik çəkirlər. Hələlikölən və yaralananlar barədə məlumat verilməyib.
Yanğınsöndürmə xidmətinin sözçüsü 41 metrlik gəminin batacağınıehtimal edib.