AZ

Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın olub

Şəmkir şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bakues.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 1200 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbədə bitişik iki mənzilin eyvanlarının dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan hər iki mənzilin eyvanının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.

Dam örtüyünün və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
17
4
icma.az

5Mənbələr