AZ

Rafael Fiziyevə "Sabah"ın forması hədiyyə olundu

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Sabah" - "Selye" matçını izləyib.

"Football-plus.az" xəbər verir ki, tanınmış idmançıya oyundan əvvəl "Sabah"ın arxasında Ataman yazılan 5 nömrəli forması hədiyyə olunub.

Mükafatı Rafaelə "Sabah"ın prezidenti Maqsud Adıgözəlov təqdim edib. Tanınmış idmançı azarkeşlər tərəfindən alqışla qarşılanıb.

Xatırladaq ki, Fiziyev iyunun 21-də Azərbaycan paytaxtında təşkil olunan UFC gecəsində çilili İqnasio Baxamondesə qalib gəlib.

Seçilən
10
2
football-plus.az

3Mənbələr