AZ

"Tottenhem" 64 milyon avroya qanalı futbolçu aldı - RƏSMİ

BAKI, 11 iyul. TELEQRAF

“Tottenhem” klubu “Vest Hem”dən 24 yaşlı yarımmüdafiəçi Məhəmməd Kudusu transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə “Tottenhem”in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək Qana millisinin futbolçusu ilə 6 illik müqavilə bağlanılıb.

Afrikalı vingerin “Tottenhem”ə 55 milyon funt sterlinqə (63,8 milyon avro) başa gəldiyi bildirilir.

Kudus 2023-cü ilin yayından "Vest Hem"də çıxış edib.

Seçilən
17
teleqraf.com

1Mənbələr