"Fənərbaxça"dan ayrılan Tadiç keçmiş klubu "Ayaks"a qayıtmayacaq.
Apasport.az xəbər verir ki, Niderland klubu Duşan Tadiçlə bağlı rəsmi açıqlama verib.
Niderland klubunun meneceri Con Heytinqa serb futbolçunu transfer etməyəcəklərini açıqlayıb:
"Duşan Tadiçi geri qaytarmayacağıq. Diqqətimizi əlimizdə olan futbolçulara yönəldiririk", - deyərək transfer söz-söhbətlərinə son qoyub.
Qeyd edək ki, 36 yaşlı Tadiç "Fənərbaxça"da keçirdiyi iki mövsümdə çox uğurlu çıxış edib. O, "sarı-lacivərd" forma ilə 109 matçda 29 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
"Şamaxı" braziliyalı müdafiəçi transfer edib
"Turan"da yeni transfer
“Sumqayıt”dan mövsümdə ilk transfer - RƏSMİ
"Mingəçevir"in yeni baş məqşçisi: "Məqsəd "Mingəçevir"i çempion etməkdir"
"Neftçi"də yeni müqavilə