AZ

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

Avropa Liqasında 2025/26 mövsümü start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 8 matç keçirilib.

Azərbaycan təmsilçisi "Sabah" öz meydanında Sloveniya "Sele"sinə 2:3 hesabı ilə yenilib.

Arda Turanın çalışdırdığı Donetsk "Şaxtyor"u "İlves"i (Finlandiya) 6 cavabsız qolla üstələyibsə, Qazaxıstan "Aktobe"si səfərdə "Legiya"ya minimal hesabla uduzub.

Bu mərhələnin cavab oyunları iyulun 17-də keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul

Sabah (Azərbaycan) – Çelye (Sloveniya) 2:3
AEK (Kipr) – Partizan (Serbiya) 1:0
Şerif (Moldova) – Priştina (Kosovo) 4:0
Pakş (Macarıstan) – CFR (Rumıniya) 0:0
Levski (Bolqarıstan) – Hapoel (Beer Şeva, İsrail) 0:0
Şaxtyor (Donetsk, Ukrayna) – İlves (Finlandiya) 6:0
Spartak (Trnava, Slovakiya) – Hakken (İsveç) 0:1
Legiya (Polşa) – Aktobe (Qazaxıstan) 1:0

Seçilən
26
1
fanat.az

3Mənbələr