Braziliya ABŞ-ın yerinə yeni ticarət tərəfdaşları tapmaq və ixrac marşrutlarını dəyişdirmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ-ın 1 avqustdan etibarən Braziliya məhsullarına 50%-lik gömrük rüsumları tətbiq edəcəyini elan etməsindən sonra bildirib.
“Braziliyanın ABŞ-la ticarəti ÜDM-in cəmi 1,7 faizini təşkil edir. Bu göstəriciləri ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyətli adlandırmaq olmaz”, – deyə dövlət başçısı "TV Record" telekanalına müsahibəsində qeyd edib.
“Biz yeni tərəfdaşlar axtaracağıq”, – deyə o əlavə edib.