AZ

Rusiya Elektron Kommunikasyalar Assosiasiyasının rəhbəri dövlətə xəyanətdə ittiham olunur

BAKI, 10 iyul. TELEQRAF

Rusiya Elektron Kommunikasyalar Assosiasiyasının (REKA) rəhbəri Sergey Qrebennikov dövlətə xəyanətdə şübhəli bilinir.

Teleqraf xəbər verir ki, Moskvanın Lefortovo Məhkəməsinin istintaqdan S.Q. inisiallışəxsin vətənə xəyanət ittihamı iləhəbs edilməsi barədə vəsatət aldığı barədə məlumat yayılıb.

BBC Rus Xidmətinin assosiasiyaya yaxın mənbəsi bu inisialın həqiqətən də REKA rəhbərinə aid olduğunu bildirib.

İş iyulun 10-da qeydiyyata alınıb. Həmin gün ilk məhkəmə iclası qapalı keçirilib.

BBC-nin mənbəsinin sözlərinə görə, dövlətə xəyanət işi narkotik alveri cəhdi ilə bağlı aparılan axtarışdan sonra açıla bilərdi. Mayın sonunda Moskvanın Tverskoy Məhkəməsi xüsusilə böyük miqyasda narkotik alveri ilə bağlı iş üzrə S.Qrebennikova hökm çıxarıb.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr