AZ

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

Yeni mövsüm daha iddialı və güclü heyət qurmağı qarşısına hədəf qoyan “Turan Tovuz”un danışıq apardığı daha bir futbolçunun adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, Qərb təmsilçisi “Paysandu”nun futbolçusu Keffel Resende Alvimlə maraqlanır.

25 yaşlı sol cinah müdafiəçinin Braziliya B seriyasının təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Sao Kaetano”, “Retro”, “Trofense”, “Torreense”, “Portimonense” klublarında çıxış edib.

Keffelin “Turan Tovuz”a keçidi baş tutması ehtimalı yüksək dəyərləndirilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
2
bizim.media

3Mənbələr