“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Sele”yə (Sloveniya) qarşı keçirdikləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis 2:3 hesabıyla uduzduqları ev oyunundan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“Sele”ni təbrik etmək istəyirəm və azarkeşlərə təşəkkürümü bildirirəm. Əfsuslar olsun ki məğlub olduq. Bu oyundan dərslər çıxarmalı və daha yaxşı çıxış etməliyik. Rəqib haqqında az informasiyamız var idi. Çox yaxşı komandaya qarşı çıxış etdik. Bilirdik ki, asmalardan istifadə edəcəklər. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. Bəzən tələskənlik xeyrimizə olmadı”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.