AZ

"Atletik"in oyunçusu futboldan kənarlaşdırıldı

style='margin-bottom:10px;'>

"Atletik"in müdafiəçisi Yeray Alvarez futboldan uzaqlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə futbolçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Uzaqlaşdırmaya səbəb Alvarezin ötən mövsüm Avroliqada "Mançester Yunayted"lə matçından sonra narkotik maddə testinin müsbət çıxdması olub. O, intizam icraatına qədər futboldan kənarlaşdırılıb.

Futbolçu iddia edir ki, qadağan olunmuş maddə onun orqanizminə alopesiyanı müalicə etmək üçün dərman qəbul etməsi nəticəsində daxil olub. Belə ki, oyunçuya 2016-cı ildə xərçəng diaqnozu qoyulub və 2017-ci ildə kimyaterapiyadan keçib. Daha sonra isə o, alopesiyaya görə müalicə alıb.

Hazırda intizam icraatı araşdırılır və konfidensial xarakter daşıyır".

Qeyd edək ki, 30 yaşlı müdafiəçi 2016-cı ildən "Atletik"in futbolçusudur.

Seçilən
38
1
teleqraf.com

2Mənbələr