Araşdırmalara görə, limonun tərkibindəki limonoid adlı maddə süd vəzisi xərçəngi hüceyrələrinin inkişafını əngəlləyə bilər. Bu, limonun və digər sitrus meyvələrinin xərçəngin qarşısını alma potensialını göstərir.
News24.az bildirir ki, limonun qabığında, şirəsindən 5-10 dəfə daha çox vitamin olduğu bildirilir. Limonu dondurub rende şəklində istifadə etmək həm sağlamlıq, həm də ləzzət baxımından çox faydalıdır. Qabığını atmadan, tam şəkildə istifadə edərək salatlara, desertlərə və şorbalara əlavə etmək mümkündür.
Dondurulmuş limon:
Bəzi qeyri-rəsmi mənbələr limonun bəzi hallarda kimyaterapiyadan daha təsirli ola biləcəyini iddia etsə də, bu iddiaların tibbi olaraq tam sübut olunmadığını xatırlatmaq vacibdir. Limon sağlam qida kimi gündəlik qidalanmada yer almalı olsa da, tibbi müalicə əvəzinə istifadə edilməməlidir.