AZ

Atletik in müdafiəçisi qanında qadağan olunmuş maddə tapılıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Atletik"in müdafiəçisi Yeray Alvaresin verdiyi dopinq-test müsbət nəticələnib.

İdman.biz xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Alvares Bilbao təmsilçisinin Avropa Liqasının yarımfinal mərhələsində "Mançester Yunayted"lə oyunda verdiyi test müsbət olub. Futbolçu qadağan olunmuş maddə onun orqanizminə alopesiyaya qarşı dərman qəbul etməsi nəticəsində daxil olmasını təsdiq edir. 2016-cı ildə xərçəng diaqnozu qoyulan Yeray kimyaterapiya kursu keçib. Alvares açıqlamasında uzun illərdir alopesiyadam müalicə olunduğunu etiraf edib.

Hələlik diskvalifikasiyanın müddəti barədə açıqlama yayılmayıb.

Qeyd edək ki, 2016-cı ildən "Atletik"də oynayan müdafiəçi komandanın heyətində 257 oyun keçirib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr