AZ

Daha bir İran mollasından türklərə qarşı təhqir: “Cəhənnəm əhlinin dili türkcədir” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranda hakimiyyətə yaxınlığı ilə tanınan daha bir ruhaninin türklərə qarşı səsləndirdiyi ifadələr ciddi narazılıq yaradıb. Bu dəfə molla Əhməd Müctəhid Tehrani qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, Tehrani çıxışı zamanı türkcə barədə aşağılayıcı fikirlər səsləndirərək bildirib:“Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir.”

O əlavə edib: “Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada ‘beş dənə yumurta ver’ deyirəm. Amma bir hədis var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə də, dili türkcə olur.”

Sosial şəbəkələrdə və türkdilli icmalar arasında böyük rezonans doğuran bu açıqlama, İran hakimiyyətindəki bəzi dairələrin türklərə qarşı mənfi yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, bu cür çıxışlar regionda yaşayan milyonlarla azərbaycanlı və digər türk icmaları tərəfindən təhqir kimi qəbul olunur və etirazla qarşılanır.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
konkret.az

1Mənbələr