AZ

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdülər - FOTO

Füzulidə idarəetməni itirən ANAMA əməkdaşı avtomobildə olan nişanlısı ilə birlikdə kanala düşüb.

Referans Teleqraf-a istinadla xəbər verir ki,1996-cı il təvəllüdlü Balaşov Famil Adil oğlu idarə etdiyi "VAZ"2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala yuvarlanıb.

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı 2004-cü il təvəllüdlü Səfərova Aysel Əhəd qızı müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.

Avtomobildə xəsarət alanlar xilasedicilər və hadisə yerinə gələn yoldan keçən sakinlər köməyi ilə sudan çıxarılıb.

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  


Seçilən
27
22
referans.az

10Mənbələr