AZ

Göygöldə eyni anda iki yol qəzası baş verib, xəsarət alanlar var

Göygöl rayonunda eyni vaxtda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hər iki qəza rayon ərazisində baş verib. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
7
avtosfer.az

8Mənbələr