ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İrəvan Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında baş tutmuş görüşü uğurlu hesab edir.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyanın nazirliyin "Telegram" kanalında paylaşılan bəyanatında deyilir.
"Ermənistan da Əbu-Dabidə baş tutmuş görüşü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək reallaşdırılması üçün ciddi əsas ola bilər", - deyə Badalyan qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.