Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Uimbildon Open-də qadınların mübarizəsində finalçılar müəyyənləşib.
İdman.biz xəbər verir ki, mövsümün 3-cü "Böyük Dəbilqə" turnirinin həlledici matçında İqa Şvyontek (Polşa) və Amanda Anisimova (ABŞ) qarşılaşacaq.
İlk yarımfinal görüşündə Anisimova belaruslu Arina Sabalenka ilə qarşılaşıb. Hər üç set 6:4 hesabı ilə yekunlaşıb və amerikalı tennisçi qalib olub - 2:1. Bu, Amandanın karyerasında ilk böyük final olacaq.
İqa Şvyontek isə Belinda Bençiçlə (İsveçrə) görüşdə çətinlik çəkməyib. Polşalı idmançı yalnız ilk setdə müəyyən müqavimətlə üzləşib - 6:2, 6:0. Beş dəfə "Böyük Dəbilqə" turnirlərində qalib gələn İqa Londonda ilk finalına çıxacaq.
Qeyd edək ki, qadınlar arasında final görüşü şənbə günü keçiriləcək.
Uimbildon Open-2025
Yarımfinal
Qadınlar
10 iyul
Arina Sabalenka (Belarus) - Amanda Anisimova (ABŞ) - 1:2 (4:6, 6:4, 4:6)
İqa Şvyontek (Polşa) - Belinda Bençiç (İsveçrə) - 2:0 (6:2, 6:0)
Final
12 iyul
Amanda Anisimova (ABŞ) - İqa Şvyontek (Polşa)
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.