AZ

“Messi tarix yazdı, mən isə ...”

“Barselona”nın istedadlı vingeri Lamin Yamal Lionel Messi ilə müqayisələrə münasibət bildirib.

90deqiqe.Az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, 17 yaşlı futbolçu ulduz hücumçunu futbol tarixinin ən böyüyü adlandırsa da, şəxsi yolunu formalaşdırmaq istədiyini deyib:

“Messi mənim üçün futbol tarixinin ən böyük oyunçusudur. O da mənim kimi solaxaydır və sağ cinahda oynayırdı. Aramızda oxşarlıqlar var və bu, təbiidir. Amma mən hər zaman öz yolumu getməyə çalışmışam. Messi bir əfsanədir və futbol tarixinə adını qızıl hərflərlə yazıb. Mən də uğurlu karyera qurmaq istəyirəm, amma hər şeydən əvvəl oyunumla fərqlənmək və insanlar tərəfindən Lamin Yamal kimi xatırlanmaq niyyətindəyəm”.

Qeyd edək ki, gənc ulduz iyulun 14-də 18 yaşını tamamlayacaq.

Seçilən
7
90deqiqe.az

1Mənbələr