AZ

“İsrail lazım bildiyi təqdirdə İrana yenidən hücum edə bilər” – Katz


“İsrail lazım bildiyi təqdirdə İrana hücumlarını yeni güclə bərpa etməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu yəhudi dövlətinin müdafiə naziri İsrael Katz İsrail Hərbi Hava Qüvvələri Pilot Məktəbinin məzunları qarşısında çıxışı zamanı deyib.
Katz bildirib ki, bu məzuniyyət mərasimi birbaşa İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneiyə mesajdır:
“İsrailin uzun qolu Tehranda, Təbrizdə, İsfahanda və İsraili təhdid etməyə və zərər verməyə çalışdığınız hər yerdə sizə çatacaq. Sizin gizlənməyə heç bir yeriniz yoxdur. Əgər İrana zərbə endirmək üçün geri qayıtmaq lazım gələrsə, biz geri dönəcəyik və daha böyük güclə”.
Seçilən
32
yeniavaz.com

1Mənbələr