AZ

İrlandiyalı səyyah: Dostlarıma göndərdiyim poçt kartlarında möhtəşəm Şuşa qalası əks olunub

Mən dünyada bir çox poçt məntəqəsində olmuşam. Oradan dostlarıma yadigar olaraq poçt kartları göndərirəm. Bu gün poçt kartlarını Şuşa şəhərindən göndərdim.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, irlandiyalı səyyah Devid Cozef Langan deyib.

“Göndərdiyim poçt kartlarında möhtəşəm Şuşa qalası əks olunub. Həmçinin poçt markaları vurulub və bu günün tarixi yazılıb. Şuşa şəhərinin poçtu çox gözəldir. Əməkdaşları da gülərüz və mehribandırlar. Bu poçt məntəqəsində keçirdiyim gün həmişəlik yaddaşımda qalacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, dünyaşöhrətli MTP beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyətinin Şuşaya səfəri zamanı ilk dəfə olaraq, Şuşadan poçt vasitəsilə Avropaya və ABŞ-a məktub göndərilib.

Seçilən
40
5
yeniazerbaycan.com

6Mənbələr