AZ

“Sabah”ın potensial rəqiblərinin oyununda meydan sahibləri sevindi

BAKI, 10 iyul. TELEQRAF

UEFA Avropa Liqasının (AL) II təsnifat mərhələsində Azərbaycanın “Sabah” klubun potensial rəqiblərinin oyununda meydan sahibləri qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə Kiprdə “AEKLarnaka” Sebiyanın “Partizan” klubunu 1:0 hesabı ilə məğlub edib.

Oyunun taleyini həll edən yeganə qolu 67-ci dəqiqədə Enzo Kabrera vurub.

Qeyd edək ki, “Sabah” Bakıda Sloveniyanın “Tsele” klubuna 2:3 hesabı ilə uduzaraq, mərhələ adlamaq şanslarını çətinə salıb.

AL-in I təsnifat mərhələsinin cavab oyunları iyulun 17-də keçiriləcək.

Seçilən
46
teleqraf.com

1Mənbələr