AZ

"Sabah" Sloveniya klubuna uduzdu

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüşdə "bayquşlar" Sloveniya təmsilçisinə 2:3 hesabı ilə məğlub olub.

"Sabah"da Pavol Şafranko (3 və 18-p.) dubla imza atıbsa, "Sele"nin qələbə qollarını Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) qeyd edib.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra səfərdə olacaq.

Seçilən
33
90deqiqe.az

1Mənbələr