AZ

Zelenski: Umerovun ABŞ-a səfir təyin olunması hökumətdə ciddi dəyişikliklərə səbəb olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müdafiə naziri Rustem Umerovun ABŞ-a səfir təyin olunması qərarı qəbul olunarsa, bu, Ukrayna hökumətində ciddi dəyişikliklərə səbəb olacaq. Bu barədə dövlət başçısı Romada keçirilən mətbuat konfransında açıqlama verib.

Zelenskinin sözlərinə görə, ABŞ-da Ukraynanın hazırkı səfiri Oksana Markarovanın dəyişdirilməsi gözlənilir.

“Yeni səfir və Nazirlər Kabineti məsələsinə gəlincə – açıq deyə bilərəm ki, əgər qərara gəlsəm ki, Ukraynanı ABŞ-da müdafiə naziri Rustem Umerov təmsil edəcək, bu, hökumətdə ciddi kadr dəyişikliklərinə səbəb olacaq”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl mediada Zelenskinin sabiq ABŞ prezidenti Donald Trampla Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsini müzakirə etdiyi barədə məlumatlar yayılmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr