AZ

“Sabah” Avropa Liqasına məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan Kubokunun qalibi “Sabah” bu gün Avropa Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avroliqanın ilk təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşıb.

Sözügedən komandaların ilk görüşü Azərbaycanda baş tutub. “Masazır Arena”da təşkil olunmuş qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Daniyar Saxi olub.

Ötən mövsümdə Azərbaycan Premyer Liqasında uğursuz çıxış etsə də, tarixində ilk dəfə ölkə kubokunu qazanmaqla Avroliqaya vəsiqə əldə etmiş “bayquşlar” üçün “Çelye” ilə görüş tarixi əhəmiyyət kəsb edirdi. Belə ki, təmsilçimiz tarixində ilk dəfə Avropa Liqasında mübarizə hüququ qazanmışdı.

Yayda rusiyalı mütəxəssis Vasili Berezutski ilə yollarını ayırmış qəsəbə təmsilçisi onu başqa bir əcnəbi məşqçi ilə əvəz etmişdi. “Çelye” ilə oyun litvalı Valdas Dambrauskas üçün də xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, o, yeni komandasının sükanı arxasında ilk rəsmi oyuna çıxmışdı.

Beş qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəliblər. Azərbaycan təmsilçisi hesabda iki dəfə önə çıxsa da, yekunda bu üstünlüyünü qoruya bilməyib. Son saniyələrdə isə Sloveniya klubu qələbə qolunu da vurmaqla əzmkar zəfərə sevinib.

Xatırladaq ki, “Sabah”la “Çelye” arasındakı cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
10 iyul

Sabah – Çelye 2:3
Qollar: Pavol Şafranko, 3; 18-pen – Franko Kovaçeviç, 8; 48. Darko Hrka, 90+3.
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyov, Saken Baiymbet (Qazaxıstan).
Masazır. “Masazır Arena”.

Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 5. Arif Daşdəmirov, 80. Akim Zedadka, 6. Abdulla Xaybulayev, 13. İvan Lepinitsa, 20. Coy-Lens Mikels, 88. Xəyal Əliyev, 10. Anatoli Nuriyev, 18. Pavol Şafanko (k).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinədin Uld Xaled, 32. Elgün Dünyamalıyev, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.

Çelye: 21. Simon Sluqa, 23. Yan Karniçik (k), 6. Artemiyus Tutışkinas, 3. Damyan Vukilşeviç, 2. Xuanxo Nyeto, 8. Mario Kvesiç, 19. Mark Zabukovnik, 11. Milot Avdili, 10. Daniel Şturm, 20. Nikita İosifov, 9. Franko Kovaçeviç.
Ehtiyat oyunçular: 1. Yan-Luk Leban, 12. Luka Kolar, 4. Darko Hrka, 5. Qasper Vodeb, 7. Floryan Yevşenak, 14. Anomnaçi Çidi, 15. David Kastro, 16. İvitsa Vidoviç, 24. Faris Cevahiriç, 38. Yan Luka Yujek, 44. Lukaş Beyger.
Baş məşqçi: Albert Riera.

Seçilən
29
1
arena.az

10Mənbələr