AZ

“Atletik”in müdafiəçisi futboldan kənarlaşdırıldı

Bilbao “Atletik”inin müdafiəçisi Yeray Alvares Avropa Liqasının “Mançester Yunayted”lə oyunundan sonra verdiyi dopinq testinin müsbət nəticə göstərməsi səbəbilə müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə futbolçu şəxsi sosial media hesabında yazıb.

30 yaşlı futbol,u bildirib ki, test nəticəsində aşkarlanan qadağan olunmuş maddə ona istəmədən, alopesiya (saç tökülməsi) əleyhinə istifadə etdiyi dərman vasitəsilə daxil olub.

Qeyd edək ki, futbolçu 2016-cı ildə xərçəng xəstəliyinə tutulub və bir il sonra kimyaterapiya kursu keçib.

“Test nəticəsinin müsbət çıxması mənim üçün çox ağır zərbə oldu. Heç vaxt həyatımda qadağan olunmuş maddələr qəbul etməmişəm. Alopesiya müalicəsi çərçivəsində illərdir istifadə etdiyim bir dərmanın tərkibində bu maddənin olduğu ortaya çıxdı,” — deyə Alvares yazıb.

Hazırda araşdırma davam edir və prosesin məxfiliyi səbəbindən futbolçu əlavə açıqlama verə bilmir. O, “Atletik” klubuna dəstəyə görə təşəkkür edib və tezliklə meydanlara qayıdacağına inandığını bildirib.

Seçilən
28
90deqiqe.az

1Mənbələr