AZ

Serbiya Ukraynanın bərpasına dəstək verməyə hazır olduğunu bəyan edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Serbiya Ukraynanın iki konkret vilayətinin bərpası çərçivəsində dəstək göstərməyə və münaqişənin nizamlanmasına töhfə verə biləcək istənilən ictimai, özəl və ya qeyri-rəsmi danışıqlara ev sahibliyi etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç Ukraynanın bərpasına həsr olunmuş Romadakı konfransda çıxışı zamanı bildirib.

“Bizim davamlı sülh dəstəyimiz fonunda, Serbiyanın istənilən formatda, istər açıq, istər qapalı, istərsə də qeyri-rəsmi danışıqlara meydan verə bilər. Belə danışıqlar Ukraynada baş verən münaqişənin, yəni müharibənin həllinə töhfə verə bilər”, - nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
4
apa.az

5Mənbələr