AZ

Köhnədir, oturacaqları sınıqdır -50 nömrəli avtobusdan ŞİKAYƏTVİDEO

Sınıq-sökük oturacaqlar, istismar müddətini başa vurmuş köhnə avtobuslar...

Xezerxeber.az xəbər verir ki, görüntülər Metronun "Neftçilər" stansiyasından Yeni Günəşli qəsəbəsi istiqamətinə hərəkət edən 50 nömrəli marşrut xəttindəki avtobuslardandır. Sakinlər sözügedən xətdəki avtobusların şəraitindən narazı olduqlarını bildirirlər.

Sərnişinlər onu da bildirirlər ki, gündüz avtobuslar normal intervalla fəaliyyət göstərsə də, axşam saatlarında interval çoxalır. Bəzən isə günün müəyyən saatından sonra avtobuslar işləmir.

Sürücülər isə sərnişinlərin avtobuslarla bağlı narazılıqlarını qəbul etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
37
xezerxeber.az

1Mənbələr