AZ

Türkiyə "Google"u böyük məbləğdə cərimələdi

Türkiyə hakimiyyəti "Google"u normativ öhdəliklərə əməl etmədiyinə görə təxminən 9 milyon dollar cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin antiinhisar agentliyinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyənin antiinhisar qurumu cümə axşamı günü tənzimləyici öhdəliklərə əməl etmədiyinə görə "Google"a təxminən 355 milyon lirə (8,88 milyon dollar) inzibati cərimə tətbiq etmək qərarını açıqlayıb”, - məlumatda deyilir.

Cərimənin ABŞ şirkətinə Türkiyə hakimiyyət orqanlarının normativ tələblərini pozan bəzi dizaynların həyata keçirilməsi səbəbindən tətbiq edildiyi bildirilir.
Seçilən
47
1
sherg.az

10Mənbələr