AZ

Rusiya “ətçəkən maşına” dönür

Bu gün nəinki Azərbaycan və Ermənistanda, hətta bütün dünyada Rusiyanın Cənubi Qafqazda nüfuzunu itirməsindən danışılır. Amma bu nüfuz itkisi nə spontan, nə də göydən düşmə bir hadisədir, bu, son üç ildə Rusiyanın başladığı işğalçı müharibənin məntiqi nəticəsidir.

Bəs “nüfuz” və “güc itkisi” deyəndə nəyi nəzərdə tuturuq? Bu sualın cavabını növbəti xəbər özündə açıq şəkildə nümayiş etdirir.

Rusiyada elektron çağırış sistemi tam şəkildə işə düşüb. Bir çox vətəndaşa artıq hərbi qeydiyyata alındıqları barədə bildirişlər göndərilib. Vətəndaşlardan elektron sistemə keçmək, avtorizasiyadan keçmək və şəxsi məlumatları ilə bağlı çıxarış almaq tələb olunur. Çağırışı görməməzlikdən gəlmək mümkün deyil, bir həftə sonra o, avtomatik şəkildə təhvil verilmiş hesab ediləcək. Hərbi komissarlığa getməyənlər, ölkədən çıxa bilməyəcək, kredit götürmək, daşınmaz əmlak almaq və ya satmaq, avtomobil idarə etmək fərdi sahibkar kimi qeydiyyatdan keçmək hüququndan məhrum olacaqlar.

Başqa sözlə, Rusiyanın hərbi-siyasi rəhbərliyi səfərbərliyi sürətləndirir və bu proses artıq məcburi xarakter alıb. Səbəb nədir?

Son həftələrdə Rusiyanın hərbi texnika itkiləri minimuma enib. Amma bu, rus ordusunun daha effektiv döyüş taktikasına keçməsi ilə yox, texnika çatışmazlığının pik həddə çatması ilə bağlıdır. Hazırda hücumların böyük hissəsi demək olar ki, yalnız canlı qüvvə ilə həyata keçirilir. Nəticədə, “top əti”nə olan tələbat sürətlə artır.

Bəs belə vəziyyətə düşmüş bir ölkənin hansı geosiyasi təsirindən danışmaq olar? Bu, artıq ritorik sualdır.

Seçilən
10
2
vaxt.az

3Mənbələr