AZ

Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldıVİDEO

Yarıya kimi var, yarıdan sonrası yoxdur.

Sumqayıt şəhərində Şəhidlər Xiyabanından Bulvar istiqamətinə enən hissədə yerləşən pilləkənlər sosial şəbəklərdə müzakirələrə səbəb olub.

Həmin ərazidə quraşdırılmış panduslar tam şəkildə istifadəyə yararlı deyil.

Pandusların bir çoxu yarımçıq qalıb, bəzilərində isə ümumiyyətlə quraşdırılmayıb.  Sakinlər bildirir ki, bu cür yarımçıq infrastruktur təkcə əlilliyi olan  insanlar üçün deyil, kiçik uşaqları olan ailələr üçün də  çətinlik yaradır. Bəzən valideynlər körpələri arabadan endirib əl ilə daşımaq məcburiyyətində qalırlar. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, pandusların hazırda yarımçıq qalmasının əsas səbəbi ərazidəki kanalizasiya xətti ilə bağlı yaranmış problemdir. Həmin hissədə sözügedən qurum tərəfindən kanalizasiya sistemində yaranmış nasazlığın aradan qaldırılması üçün müdaxilə olunub və pilləkənlərdə söküntü işləri aparılıb. Hazırda həmin ünvanda mühəndis-kommunikasiya işləri davam edir və bu səbəbdən pandusların tam quraşdırılması müvəqqəti olaraq gecikib. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazidə panduslar yenidən quraşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr