AZ

Saşa İliçin köməkçiləri açıqlandı

"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin məşqçilər korpusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç, qapıçılar üzrə məşqçi vəzifəsini isə Emil Babayev yerinə yetirəcək.

Xatırladaq ki, Saşa İliç "Sumqayıt"la 1 illik müqavilə imzalayıb.

Seçilən
30
15
football-plus.az

10Mənbələr