Laçında kənd sakini insana bənzər sümük fraqmentləri tapıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fakt rayonun Hoçaz kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə yaşayan sakin təmir-tikinti işləri apararkən insana bənzər sümük qalıqları aşkarlayıb. O, qazıntı işlərini saxlayaraq bu barədə aidiyyəti qurumlara məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta