AZ

İndi də pomidorumuza “ilişdilər”

Novosibirskdə Azərbaycan pomidorlarına irad tutulub.

Rusiyanın Novosibirsk şəhərində Azərbaycandan gətirilmiş pomidorlarda “zərərverici aşkarlanıb”. Bu barədə Sibir bölgəsi üzrə Rosselxoznadzor İdarəsinin mətbuat xidməti məlumat yayıb.

KONKRET.az xəbər verir ki, iyulun 1-dən 7-dək müvəqqəti saxlama anbarlarında aparılan yoxlamalar zamanı mütəxəssislər Azərbaycan pomidorlarında cənubi amerika pomidor güvəsi adlı təhlükəli zərərverici aşkarladıqlarını iddia ediblər.

Yoxlamalar zamanı yalnız Azərbaycan məhsulları deyil, həmçinin Ekvador və Çindən gətirilən güllərdə, Özbəkistandan idxal olunmuş gavalı, alma, nektarin, eləcə də Tacikistan mənşəli şaftalıda da “zərərvericilər” aşkar edildiyi bildirilir.

Ümumilikdə, təxminən 97 ton meyvə-tərəvəz və 12 mindən çox gül kəsimi “zərərverici daşıyıcısı” kimi qeydiyyata alınıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr