İstirahətə gedən ailə faciə ilə üzləşib.
Xezerxeber.az xəbər verir ki, hadisə dünən Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Qəsəbəyə istirahətə gedən ailə - ata, ana və iki azyaşlı uşaqları kirayə götürdükləri evə yerləşiblər. Elə ilk gün ailənin 4 yaşlı qızı diqqətsizlikdən evin qarşısındakı hovuza düşərək boğularaq ölüb.
Səs-küyə gələn qonşuların səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.