AZ

Qəbələyə gedən ailənin istirahəti faciəyə çevrildiVİDEO

İstirahətə gedən ailə faciə ilə üzləşib.

Xezerxeber.az xəbər verir ki, hadisə dünən Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Qəsəbəyə istirahətə gedən  ailə -  ata, ana və iki azyaşlı uşaqları kirayə götürdükləri evə yerləşiblər. Elə ilk gün ailənin 4 yaşlı qızı diqqətsizlikdən evin qarşısındakı hovuza düşərək boğularaq ölüb.

Səs-küyə gələn qonşuların səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
43
xezerxeber.az

1Mənbələr