AZ

Aqrar Sığorta Fondunun 2025 ci ilin ilk yarısında rekord sığorta ödənişləri

Dogru.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aqrar Sığorta Fondu 2025-ci ilin yanvar-iyun aylarında fermerlərə və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edib.

Doğru.az-ın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ödənişlərdə 55 faiz, yalnız əkin sahələri üzrə isə təxminən iki dəfə artım deməkdir.

Ödənilən məbləğin 4 milyon 246 min manatı əkin sahələri üçün, 189 min manatı isə heyvandarlıq təsərrüfatları üçün ayrılıb. Təxminən 17 min hektar əkin sahəsində baş verən zərərlərə görə sığorta ödənişləri 90 faiz artaraq ən yüksək səviyyəyə çatıb.

Ən çox ödəniş buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə verilib. Meyvə bağlarına isə təxminən 170 min manat ödənilib.

Yanvar-iyun aylarında ən çox sığorta ödənişi alan rayonlar Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat) və Ağsu (273 min manat) olub.

Aqrar Sığorta Fondunun rəsmi saytında məhsulların sığorta şərtləri və tarifləri barədə ətraflı məlumat yerləşdirilib. Əlavə suallar üçün fondun sosial şəbəkə hesabları və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
dogru.az

1Mənbələr