AZ

Tehrandan təhdid olarsa, İranı yenidən vuracağıq – Müdafiə nazirindən XƏBƏRDARLIQ

İsrailin müdafiə naziri İsrael Katz İranla bağlı sərt açıqlama verib.

KONKRET.az xəbər verir ki, Katz Tehrandan İsrailə qarşı hər hansısa bir təhdid olacağı təqdirdə, İranın yenidən hədəf alınacağını bildirib.

“İsrailin uzun qolu İranın onu təhdid edə biləcəyi hər yerə – Tehranda, Təbrizdə, İsfahanda və sizə zərər verməyə çalışdığınız bütün məkanlara çatacaq. Gizlənə biləcəyiniz heç bir yer yoxdur. Əgər geri qayıtmalı olsaq, bu, daha böyük güclə olacaq”, – deyə İsrailin müdafiə naziri vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
15
17
konkret.az

10Mənbələr